Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) XX turun daha bir oyunu baş tutacaq. Sport24.az xəbər verir ki, günün yeganə matçında "Neftçi" NTD ilə qarşılaşacaq. 

 

Bakı İdman Sarayında keçiriləcək görüşün start fiti saat 19:00-da səslənəcək. 

 

"Neftçi" A qrupunda 28 xalla dördüncü, NTD 22 xalla beşinci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, tura sabah yekun vurulacaq.