Bu gün Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turniri çərçivəsində ikinci oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı komanda Syerra Leone ilə üz-üzə gələcək.

 

Bu, Azərbaycan millisinin tarixində Afrika təmsilçisinə qarşı ilk oyun olacaq. 

 

Sumqayıtda, Mehdi Hüseynzadə adına stadionunda təşkil olunacaq görüşün start fiti saat 19:00-da səslənəcək.  

 

Qeyd edək ki, millimiz martın 27-də Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub edib.

 

"FIFA Series – 2026"

30 mart

19:00. Azərbaycan - Syerra Leone

Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu