"Mançester Yunayted" "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonaliyə maraq göstərir. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" artıq oyunçuya olan marağını təsdiqləyib və onun agentləri ilə ilkin əlaqə saxlayıb.

 

Lakin heç bir razılaşma əldə edilməyib və danışıqlar irəliləməyib. "Nyukasl"da bu yay Tonalinin daha bir neçə klubun transfer siyahısında yer alacağını düşünürlər.

 

Qeyd edək ki, italyan futbolçu bu mövsüm bütün turnirlərdə 47 oyunda meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib. "Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 80 milyon avrodur.