İtalyan mütəxəssis Roberto De Zerbi "Tottenhem"in boş qalan baş məşqçi vəzifəsinə əsas namizəd hesab olunur. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, London klubu 46 yaşlı mütəxəssislə danışıqları davam etdirir və onun mümkün qədər tez bir zamanda işə başlamasını tələb edir. Klubun De Zerbiyə uzunmüddətli müqavilə təklif etməyə hazır olduğu bildirilir.

 

"Tottenhem" bir neçə gün öncə İqor Tudorun baş məşqçi vəzifəsindən ayrıldığını açıqlayıb. Xorvatiyalı mütəxəssis və onun köməkçiləri Tomislav Rogiç və Rikkardo Raqnaççi qarşılıqlı razılıq əsasında klubdan gediblər. Tudor fevralın ortalarından baş məşqçi vəzifəsində çalışırdı. De Zerbi isə fevral ayında "Marsel"dən ayrılıb.

 

Qeyd edək ki, Premyer Liqanın 31 turundan sonra "Tottenhem" 30 xalla turnir cədvəlində 17-ci yerdədir. Onlar son yeddi liqa oyununda bir xal qazanıblar.