Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku, DÇ-2026-nın seçmə mərhələsinin pley-off yarımfinalını təkrar izlədikdən sonra huşunu itirdiyini bildirib. Sport24.az xəbər verir ki, 80 yaşlı mütəxəssis bu barədə "Golazo"ya açıqlama verib: 

 

"Nəfəs ala bilmədim və huşumu itirdim. İndi yaxşıyam. Türkiyə ilə oyunu təkrar izlədikdən sonra əsəbiləşdim. Növbəti mərhələyə keçməyimizə mane olan inanılmaz səhvlər etdik".

 

Qeyd edək ki, Luçeskunun rəhbərlik etdiyi Rumıniya yığması DÇ-2026-nın pley-off yarımfinalında Türkiyəyə 0:1 hesabı ilə məğlub olub və mundiala yollanmaq şansını itirib.