UEFA "Lill"i Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Aston Villa" ilə (0-1) matçda baş verən insidentə görə cərimələyib. Sport24.az xəbər verir ki, bu barədə "Birmingham Mail" qəzeti məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, oyundan əvvəl azarkeşlər Fransa bayrağı və əlində zirehli qılınc tutan Janna d'Arkın təsviri olan banner açıb. Bannerin alt hissəsində ingilis dilində "Fransızlar heç vaxt ölmür" yazısı olub. Bannerdə həmçinin "Qürurlu. Güclü. Şiddətli" və "Janna qılıncını qaldırır və "Lill" döyüşməyə davam edir" sözləri də yer alıb. 

 

Fransa klubu idman tədbiri üçün uyğun olmayan mesaj paylaşdığına görə cərimə olunub. Klub həmçinin meydana yad əşyalar atıldığına və matçın başlamasını gecikdirdiyinə görə ümumilikdə 82.750 avro cərimə ödəməli olacaq.  c

 

Qeyd edək ki, UEFA bir müddət əvvəl Serbiyanın "Srvena Zvezda" klubunu Avropa Liqasının "Lill"ə qarşı oyununda azarkeşlərin Müqəddəs Simeonun portretini əks etdirən banner nümayiş etdirdiyinə görə cərimələmişdi.