Fransa millisinin baş məşqçisi Didye Deşam Braziliya və Kolumbiya ilə yoldaşlıq oyunlarını dəyərləndirib. Sport24.az xəbər verir ki, 57 yaşlı mütəxəssis məqsədin mümkün qədər çox oyunçuya şans vermək olduğunu bildirib:

"Ümumi nəticə müsbətdir. Futbolçular arasında hələ tam mükəmməl uyğunluq olmasa da, keyfiyyət göz qabağındadır. Lukas Şevalye istisna olmaqla, demək olar ki, hər kəsə meydanda vaxt verdik".

Baş məşqçi heyətin formalaşdırılması haqqında da danışıb:

 

"Heyət 26 nəfərə qədər genişlənsə belə, zədə problemi olmasa, təxminən 20 oyunçudan ibarət əsas qrup artıq bəllidir. Bəzi yüksək səviyyəli oyunçuları isə seçməyəcəyəm, çünki hazırda onlardan daha yaxşıları var".

Qeyd edək ki, Fransa millisi Deşamın rəhbərliyi altında ardıcıl iki yoxlama görüşündə Braziliya və Kolumbiyanı məğlub edib.