Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann, "Qalatasaray"ın ulduz futbolçusu Leroy Sane haqqında danışıb. Sport24.az xəbər verir ki, 38 yaşlı mütəxəssis Sanenin nə etməli olduğunu və bu səviyyəli oyunu daha tez-tez nümayiş etdirməli olduğunu vurğulayıb. Baş məşqçi əlavə edib:

"Özünü sübut etmək üçün hələ şansı var – həm burada, həm də klubunda. Heyətdə olmayanlar üçün qapı tam bağlı deyil, lakin burada olanlar üçün də qapı daim açıq deyil, hər kəs özünü sübut etməyə davam etməlidir".

​Qeyd edək ki, Sane son İsveçrə matçında zəif çıxış edib və 63-cü dəqiqədə milli komandada debüt edən Lennart Karl ilə əvəzlənib. Karl həmin oyunda müsbət təsir bağışladığı üçün gələcək matçlarda Sanenin əsas heyətdəki yerini ala biləcəyi ehtimal olunur.