"FIFA Series - 2026" beynəlxalq turnirində bu gün keçiriləcək Azərbaycan – Syerra Leone oyununu Özbəkistandan olan hakimlər briqadası idarə edəcək. Sport24.az xəbər verir ki, matçın baş hakimi Asker Najafaliyev olacaq.
Ona İslom Azimov, Baxtiyorxuja Şavkatov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Axrol Ruskullayev yerinə yetirəcək.
Qeyd edək ki, oyun bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.