"Real" müdafiəçi Antonio Rüdiger ilə müqavilənin 2027-ci ilə qədər uzadılması ilə bağlı danışıqlara başlamağa hazırdır. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

 

mənbənin sözlərinə görə, bir neçə Avropa klubu vəziyyəti izləyir və oyunçu "Kral klubu" ilə razılığa gələ bilməsə, onu transfer etməyə hazırdır.

 

Rüdigerin "Real" ilə hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır.

 

Bir müddət əvvəl mətbuatda "Yuventus"un müdafiəçiyə ciddi maraq göstərdiyi ilə bağlı xəbərlər yayılıb. İtaliya klubunun baş məşqçisi Luçano Spalletti əvvəllər Rüdigerlə "Roma"da uğurla işləyib və bu üzdən alman müdafiəçini sərəncamında görmək istəyir.

 

Qeyd edək ki, Antonio bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 18 oyun keçirib və bir məhsuldar ötürmə edib.