İran Futbol Federasiyası FIFA-ya hərbi münaqişə nəticəsində ölkənin idman, o cümlədən futbol infrastrukturunun dağıdılması barədə məlumat verib. Sport24.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb
Ali futbol qurumuna göndərilən məktubda qeyd olunub:
"İran İslam Respublikasının müqəddəs torpağına qanunsuz hərbi hücum nəticəsində İranın idman infrastrukturuna, xüsusən də futbola ciddi ziyan dəydiyinə görə dərin təəssüf və kədər hissi keçiririk".
Qeyd edək ki, mövcud geosiyasi vəziyyəti nəzərə alaraq İran millisi bir müddət əvvəl DÇ-2026-da oynamaqdan imtina edib.