İtaliya milli komandası DÇ-2026-nın pley-off finalında Bosniya və Herseqovinana penaltilər seriyasında məğlub olaraq mundialda iştirak etmək şansını itirib. Sport24.az xəbər verir ki, dördqat dünya çempionlarının kapitanı Canluici Donnarumma sosial şəbəkə hesabında paylaşım edib.

 

27 yaşlı qapıçı matçdan sonra ağladığını qeyd edib:


"Dünən oyundan sonra ağladım. Bu gün sözlərin çox da mənası yoxdur, bu doğrudur. Amma dərin hiss etdiyim və sizinlə bölüşmək istədiyim bir şey var. Belə böyük məyusiyyətdən sonra biz yenidən səhifəni çevirmək üçün cəsarət tapmalıyıq. Bunun üçün isə çox güc, ehtiras və inam lazımdır".