Dünya çempionatının favoritlərinin əmsalları açıqlanıb. Sport24.az xəbər verir ki, analitiklər İspaniyanın qarşıdan gələn mundialın favoriti hesab edir. "Qırmızı furiya"nın qalib olacağına 5.80 əmsal verilir.

 

İkinci yerdə milyard avroluq heyəti ilə İngiltərə qərarlaşıb. Onların qələbəsi 6.80 əmsalla qiymətləndirilir.

 

Kilian Mbappeli Fransanın perspektivləri 8.00 əmsalla dəyərləndirilir. Braziliya və ya Argentinanın dünya kubokunu baş üzərinə qaldıracağı 9.00 əmsal təşkil edir. 

 

Kriştiano Ronaldonun yer aldığı Portuqaliya millisi altıncı yerdədir. Avropalı braziliyalıların qələbəsi 12.00 əmsalla qiymətləndirilir. Sonrakı yerdə 13 əmsalla Almaniya millisi qərarlaşıb. 

 

Mütəxəssislərin ən az inandığı isə Haitidir. Adalıların qələbəsinə 3000.00 əmsal verilir.

 

Qeyd edək ki, DÇ-2026 bu yay ABŞ, Kanada və Meksikada təşkil olunacaq. İyunun 11-i keçiriləcək açılış oyununda Meksika millisi Cənubi Afrika ilə üz-üzə gələcək.