İspaniya millisi yoxlama oyununda Misirlə qarşılaşıb. Sport24.az xəbər verir ki, görüş qolsuz başa çatıb. Matçda ispan fanatlar Afrika təmsilçisinin oyunçularına qarşı irqçi şüarlar səsləndirib.

 

Azarkeşlər müsəlman futbolçuların əleyhinə "tullan, tullan, tullanmayan müsəlmandır" deyə şüarlar deyib.

 

İspaniya Futbol Federasiyası hadisəni qınadığını və tədbir görəcəyini açıqlayıb.