Ötən gün baş tutan yoldaşlıq oyununda İngiltərə millisi "doğma divarlar" arasında Yaponiyaya məğlub olub. Sport24.az xəbər verir ki, Uembli stadionunda keçirilən görüş "Ğündoğar ölkə"nin yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

"The Athletic" nəşrinin məlumatına görə, bu, İngiltərənin tarixində Asiya komandasına qarşı ilk məğlubiyyətdir.

 

İngiltərə artıq bütün qitələrdən olan komandalara uduzub. 

 

Qeyd edək ki, ingilislər Avropa komandasına ilk dəfə ilk dəfə1874-cü ildə (Şotlandiyaya), Şimali Amerika təmsilçisinə 1950-ci ildə (ABŞ-a), 1953-də Cənubi Amerika yığmasına (Uruqvaya), 2003-cü ildə Okeaniya (Avstraliyaya) və 2025-ci ildə isə Afrika millisinə (Seneqala) uduzub.