Sadio Mane yenidən Avropaya qayıda bilər. Sport24.az xəbər verir ki, onun xidmətində "İnter" maraqlıdır.
Klub futbolçu ilə danışıqlara başlayıb.
Seneqallı "Milan" və bir neçə klubdan daha təklif alıb. Lakin o, qərar vermək üçün tələsmir.
Sadionun taleyinin yayda müəyyənləşəcəyi bəlli olub.
Mane 2023-cü ildən "Əl-Nəsr"in formasını geyinir.