Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümə yekun vurulub. Sport2;.az xəbər verir ki, XX turun sonuncu oyununda "Sabah" "Abşeron Lions"la üz-üzə gəlib.

 

Bakı İdman Sarayında baş tutan qarşılaşmada sevinən tərəf "bayquşlar" olub. Oyun "Sabah"ın 105:72 hesablı qələbəsi ilə başa çatıb.


Qeyd edək ki, reqlamentə əsasən müntəzəm çempionatı "A" qrupunda ilk üç sırada bitirmiş "Sabah", "Abşeron Lions", "Neftçi" klubları və "B" qrupunun birincisi "Ordu" klubu birbaşa olaraq play-off'a (1/4 final) vəsiqəni təmin ediblər. 1/8 final mərhələsində isə, "Naxçıvan" - "Sərhədçi", "Gəncə" - "Lənkəran", "Quba" - "Şəki", "Sumqayıt" - NTD oyunları baş tutacaq. 1/8 final seriyalarında ən tez iki qələbə qazanmış komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Oyunlar aprel ayında start götürəcək.