Azərbaycanın qadın güləşi üzrə U-17 millisi Estoniyanın paytaxtı Tallində təlim-məşq toplanışını davam etdirir. Sport24.az xəbər verir ki, yığmanın böyük məşqçisi Mariya Stadnik toplanış çərçivəsində yeniyetmə güləşçilər üçün "ustad dərsi" keçib.

 

O, müxtəlif fəndlərin icrasını nümayiş etdirib.

 

Aprelin 1-dək davam edəcək hazırlıq prosesində 41 ölkədən 250 güləşçi iştirak edir.


Qeyd edək ki, komandamız Avropa çempionatına hazırlıq üçün növbəti toplanışı aprelin 6-dan 24-dək Bakıda keçəcək.