21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Xorvatiya – Türkiyə oyununda xoşagəlməz hadisə baş verib. Sport24.az xəbər verir ki, türklərin baş məşqçisi Egemen Korkmaz meydanın kənarında huşunu itirib və yerə yıxılıb.

 

Hadisə matçın 35-ci dəqiqəsində baş verib.


Hakim bu səbəbdən oyunu dayandırıb. Korkmaz ilkin müdaxilə ilə ayılsa da, xəstəxanaya aparılıb.

 

Matçın baş tutub-tutmayacağı məlum deyil. Görüş ilk hissədə 0:0 olarkən dayandırılıb.