Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin 2029-cu ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri bəlli olub. Sport24.az xəbər verir ki, yığma A qrupunda yer alıb.

 

Millimiz İsveçrə, İslandiya və İrlandiya ilə qarşılaşacaq. 

 

Qeyd edək ki, AVRO-2029-un ilkin seçmə mərhələsinin qarşılaşmaları bu ilin noyabrın 8-18-i və 2027-ci il fevralın 7-17-i aralığında keçiriləcək.