" Qazanılan uğura görə, millimizi təbrik edirəm. Nəticəni kiçiltmək lazım deyil, ən azından çempion olublar. "FİFA Series" turnirinin baş məşqçi Ayxan Abbasov üçün xeyri var".Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan milli komandasının keçmiş futbolçusu Elvin Məmmədov deyib.

O, Azərbaycan millisinin "FIFA Serias 2026" beynəlxalq turnirin qalibi olması ilə bağlı fikirlərini bölüşüb:

"Optimal heyəti müəyyənləşdirmək üçün bu cür qarşılaşmalar vacibdir. Futbolçuların özünə güvəni və inamı artır. Bu uğuru azarkeşləri ciddi qəbul etməməkdə haqlıdır. Onsuz da yığmanı bu duruma biz gətirib çatdırmışıq. Millidə oynayan hər bir oyunçunun "əməyi" var. İndi ən əsası Millətlər Liqasındakı görüşlərdi. Litva və Lixtenşteynlə matçlardan müsbət nəticə əldə etməyimiz real görünür. Ayxan Abbasovun yığmaya gəlməkdə məqsədi onu D Liqasından C Liqasına yüksəlməkdir. Çətin olsa da, inanıram ki, futbolçular bunun öhdəsindən gələcək. Litva və Lixtenşteyn zəif rəqib deyil. Onsuz da hazırda yığmamız üçün Avropada asan rəqib anlayışı yoxdur".

Qeyd edək ki, Azərbaycan millisi turnirdəki ilk qarşılaşmada Sent Lüsiya yığmasını 6:1 hesabı ilə üstələyib. Syerra Leone ilə matçın əsas vaxtı heç-heçə (1:1) yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq (9:8) olan Azərbaycan komandası turnirin qalibi olub.