"Polissya"nın oyunçusu Leandro Andrade bu ay keçiriləcək Afrika Millətlər Kubokunun seçmə mərhələsinin oyunları üçün Kabo-Verde millisinə dəvət alıb. Sport24.az xəbər verir ki, bu barədə Ukrayna klubunun rəsmi saytı məlumat yayıb.

 

27 yaşlı futbolçu Liberiyaya qarşı iki qarşılaşmada – 13 noyabrda evdə və 17 noyabrda səfərdə – milli komandanın düşərgəsində olacaq.

 

Bu, Leandro Andradenin üç il ərzində milliyə ilk dəvətidir. O, sonuncu dəfə 2023-cü ilin noyabrında, "Qarabağ"da çıxış etdiyi dövrdə yığmaya çağırılmışdı.

 

Ümumilikdə, hazırda "Polissya"nın formasını geyinən futbolçu 2022-ci ilin yazında debüt etdiyi millinin heyətində 7 oyuna çıxıb.

 

Qeyd edək ki, Kabo-Verde yığmasına DÇ-2026-dan (pley-off mərhələsinə yüksələn komanda 1/16 finalda Argentinaya məğlub olmuşdu) sonra yeni baş məşqçi təyin olunub. Humberto Bettenkurtun yerini Bubista tutub.