Braziliyada Minas-Jerays ştat çempionatının ikinci divizionunda "Uberlandiya" və "Mamore" komandaları arasında keçirilən U-20 matçı (3–1 hesabı ilə başa çatıb) kütləvi dava və 53 futbolçunun meydandan qovulması ilə nəticələnib. Sport24.az xəbər verir ki, bu barədə "CNN Brasil" məlumat yayıb.

 

"Mamore" oyunçuları üçüncü qolu vuraraq hesabı öz xeyirlərinə 3–1 etdikdən sonra, hər iki klubun üzvlərinin iştirak etdiyi kütləvi dava başlayıb. 

 

Dava-dalaşdan sonra hakim 50 nəfəri meydandan qovub. Oyun ərzində baş verən digər ayrı-ayrı qayda pozuntularına görə daha üç oyunçu qırmızı vərəqə alıb. Ümumilikdə, "Uberlandia"dan 24, "Mamore"dən isə 29 nəfərə qırmızı vərəqə göstərilib.

 

Qeyd olunur ki, cəzalananlar arasında məşqçilər heyətinin səkkiz üzvü və klubun iki rəsmi nümayəndəsi də olub. 

 

Kütləvi dava səbəbindən hakim Fernando Patrik meydanda olarkən bütün qırmızı vərəqələri göstərə bilməyib. Bunun əvəzinə, o, tətbiq etdiyi intizam tədbirlərini oyun başa çatdıqdan sonra matçın protokolunda qeyd edib.

 

Hakim həmçinin bildirib ki, meydana daxil olaraq hakimlər briqadası ilə qarşıdurmaya girən "Uberlandiya" rəsmiləri tərəfindən hədələnib. Xüsusilə, onlardan biri hakimi öldürmək istədiyini söyləyib. Hadisədən sonra hakim polisə şikayət ərizəsi verib.

 

Məlumata görə, dava "Mamore"nin oyunçusu Dayın (Dai) "Uberlandiya"nın ehtiyat oyunçular skamyası yaxınlığında rəqib komandanın üzvlərini təhqir etməsindən sonra düüb.