Kostanayda yerli "Tobol" klubunun oyunçusu Pap-Aliun Ndiayeyə qarşı silahlı hücum olub. Sport24.az xəbər verir ki, bu barədə Sports.kz portalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, futbolçu şəhəri tərk edib vətəninə qayıtmağa hazırlaşarkən, kirayədə yaşadığı binanın girişində bəzi yerli sakinlərlə münaqişə yaranıb. Hadisə zamanı futbolçu xəsarət almayıb:

 

"Allaha şükür, hər şey qaydasındadır. Onların əllərində kəsici silahlar var idi. Dauren Niyazbayevin dəstəyi sayəsində heç bir xəsarət almadım. Həmçinin, vəziyyəti nəzarət altına alan Kostanay polisinə də təşəkkürümü bildirirəm".

 

Qeyd edək ki, 28 yaşlı futbolçu 2025-ci ildən Qazaxıstan klubunun formasını geyinir.