Ötən gecə keçirilən oyunlardan sonra Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda "həftənin ən yaxşı oyunçusu" mükafatına namizədlər açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. 

 

Namizədlər sırasına "Ştutqart" üzərində 2:0 hesablı qələbədə iki qol vuran "Qalatasaray"ın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakov, "Lans"a qarşı 9:1 hesablı qələbədə het-trik edən və bir məhsuldar ötürmə verən "Komo"nun hücumçusu Anastasios Duvikas, "Vilyarreal"la oyunda (6:0) iki dəfə fərqlənən PSJ-nin yarımmüdafiəçisi Fabian Ruis və "Slovan" üzərində 4:0 hesablı qələbədə i dubl edən LASK-ın müdafiəçisi Kasper Yorgensen daxildir.

 

Qeyd edək ki, "həftənin oyunçusu" qitə futbol qurumunun rəsmi saytında keçiriləcək səsvermə yolu ilə müəyyən ediləcək.