"Mançester Yunayted" "Vulverhempton"un 27 yaşlı mərkəz yarımmüdafiəçisi Joao Qomesi transfer etməyi düşünür. Braziliyalı futbolçu "qırmızı şeytanlar"ın diqqətini cəlb edib. Sport24.az "Caught Offside"a istinadən xəbər verir ki, klubda düşünürlər ki, o, Kazemironun gedişindən sonra heyəti gücləndirə bilər.

 

"Mançester Yunayted" hələ ki, "Vulverhempton"la danışıqlara başlamaq istəmir. Onlar "canavarlar"ın mövsümün sonunda Premyer Liqadan düşməsinin gözləyirlər. Bu, danışıqlar prosesini xeyli sadələşdirəcək və oyunçunun qiymətini aşağı salacaq.

 

Qeyd edək ki, Qomes bu mövsüm "Vulverhempton"da 35 oyuna çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilə qədərdir və "Transfermarkt" futbolçunun bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.