Baş məşqçi Eddi Hounun "Nyukasl"dakı gələcəyi şübhə altındadır. Sport24.az "Daily Mail"ə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssislə klub rəhbərliyi ilə arasında görüş keçirilib. Əsas müzakirə mövzusu yay mövsümü üçün komandanın inkişaf və transfer strategiyası olub. 

 

Mənbənin sözlərinə görə, komanda avrokuboklara vəsiqə qazana bilməsə, Hou mövsümün sonunda "sağsağanlar"dan ayrıla bilər. Klub rəhbərliyi Houya bildirib ki, mövcud büdcə heyətin əhəmiyyətli dərəcədə gücləndirilməsinə imkan vermir, xüsusən də əsas oyunçuların getməsi ilə bağlı şayiələr fonunda. Əgər "Nyukasl" gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilsə, vəziyyət dəyişə bilər.

 

Hounun bu mövqedən son dərəcə narazı olduğu bildirilir. 

 

Qeyd edək ki, Eddi Hou 2021-ci ildən "Nyukasl"ın "sükanı arxasındadır". Komanda onun rəhbərliyi altında 224 matça çıxıb. Bunlardan 114-də qələbə qazanıb. 42 görüş heç-heçə bitibsə, 68 matçda "sağsağanlar" meydanı məyus tərk edib. "Nyukasl" 31 turdan sonra 42 xalla Premyer Liqada 12-ci yerdədir.