"Real" mövsümün sonunda müqaviləsi başa çatan Antonio Rüdigerlə bağlı qərarını verib. Sport24.az xəbər verir ki, La Liqa nəhəngi almaniyalı müdafiəçi ilə yollarını ayıracaq.
Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Kral klubu" 33 yaşlı ffutbolçuya yeni sözləşmə təklif etməyəcək. Təcrübəli mərkəz müdafiəçisi azad agent statusu ilə klubu tərk edəcək.
Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ilin yayından "Real"da çıxış edir. Almaniya millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 3 rəsmi matçda 1 qol vurub.