"Roma" ilə müqaviləsi mövsümün sonuna qədər olan Paulo Dibala karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə İtaliyanın "Corriere dello Sport" nəşri məlumat yayıb.
"Fənərbağça" və "Qalatasaray" argentinalı hücumçunu heyətinə qatmaq istəyir. Dibala hələ qərar verməyə tələsmir və danışıqlara başlamayıb.
Dibala bu mövsüm A Seriyasında 17 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.