FIFA prezidenti Canni İnfantino İran yığmasının dünya çempionatında mümkün iştirakı ilə bağlı fikirlərini bildirib. Sport24.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri "El Financiero"ya açıqlamasında bunları deyib:

 

"İran yığmasının düşdüyü çətin vəziyyətdən xəbərdarıq. Çalışırıq. Dünya çempionatının ən yaxşı halda keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Lakin indi İranla bağlı ancaq A planımız var, alternativ yoxdur".

 

Dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək. İran yalnız oyunlarının Meksikaya salınacağı halda, turnirdə iştirak edə biləcəyini açıqlayıb.