"Yığmamıza bu cür oyunlar lazım idi". Bu sözləri Sport24.az-a Azərbaycanın veteran futbolçusu Vidadi Rzayev deyib.

O, Azərbaycan millisinin "FIFA Serias 2026" beynəlxalq turnirin qalibi olması ilə bağlı fikirlərini bölüşüb:

"Baxmayaraq ki, Sent Lüsiya çox kiçik ölkədir. Lakin qələbə hər zaman önəmlidir. Syerra Leone ilə qarşılaşmada isə, geridə olsaq da, hesabı bərabərləşdirdik və penaltilər seriyasında qalib gəldik. Təbii ki, arzum budur ki, özümüzdən güclü komandalarla da oynayaq".

Rzayev UEFA Millətlər Liqasında Lixtenşteyn və Litva ilə görüşlərə də toxunub:

"Futbolçularda qol duyumu və qələbə istəyinin artması üçün FIFA-nın turniri önəmli idi. Həmişə belə davam etməyəcək ki... Özündən zəiflə və güclü ilə də oynamalısan. Millətlər Liqasında millimizdən nə gözləyək? 3 oyundur, nə gözləyə bilərik? Mütləq qələbə ilə çıxmalıyıq. Yığmamıza əcnəbi baş məşqçilər gəldi, pis günə qoyub getdilər. İndi isə yerli mütəxəssislə uğurlara imza ata bilərik".