Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki oyunlarının proqramı bəlli olub. Sport24.az xəbər verir ki, yığma F qrupunda ilk matçını Avstriyaya qarşı keçirəcək.

 

Qarşılaşma mayın 28-də, yerli vaxtla saat 13:30-da start götürəcək.

 

Millimiz mayın 29-da, saat 15:45-də İtaliya ilə, 30-da, saat 13:15-də isə Fransa ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq.