Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində 4 final görüşü keçiriləcək. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi oyun Kosovada baş tutacaq. 

 

Bu ölkənin millisi Türkiyə ilə qarşılaşacaq. İtaliya səfərdə Bosniya və Herseqovinanın qonağı olacaq.

 

İsveç "doğma divarlar" arasında Polşa, Çexiya isə Danimarka ilə üz-üzə gələcək. 

 

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

 

DÇ-2026-nın Avropa zonası

Pley-off oyunları, final

31 mart

22:45. Bosniya Herseqovina - İtaliya

22:45. İsveç - Polşa

22:45. Kosovo - Türkiyə

22:45. Çexiya - Danimarka