Qana millisi yoldaşlıq görüşündə Almaniyaya 1-2 hesab ilə məğlub olduqdan sonra baş məşqçi Otto Addonu istefaya göndərib. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Qana millisinin ardıcıl 4 yoxlama oyununda məğlub olması federasiya rəhbərliyinin səbr kasasını daşdırıb.
Qeyd edək ki, Qana millisi bu yay keçiriləcək dünya çempionatına vəsiqə qazanıb. Afrika təmsilçisi Xorvatiya, İngiltərə və Panama ilə birlikdə L qrupunda yer alıb. Komanda ilk oyununu iyunun 17-də Torontoda Panamaya qarşı keçirəcək.