"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva bu yay klubdan azad agent kimi ayrılmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial şəbəkə hesabında paylaşım edib.

 

Bir müddət əvvəl mətbuatda "Yuventus" və "Komo"nun Silvanı transfer etməyə çalışdığı barədə xəbərlər yayılıb. "Benfika", "Qalatasaray", MLS və Səudiyyə Ərəbistanı klubları da 31 yaşlı yarımmüdafiəçini keçidində maraqlıdır.

 

Qeyd edək ki, Silva bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 42 oyunda iştirak edib. Kapitan üç qol vurub və beş məhsuldar ötürmə edib.