"Napoli"nin hücumçu yarımmüdafiəçisi Kevin De Bruyne gələcək karyerası ilə bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, Belçika millisinin də formasını geyinən futbolçu bu barədə "Tribal Football"a danışıb:

 

"Tədricən formama qayıdıram və artıq meydanda əvvəlcə gözlədiyimdən daha çox vaxt keçirmişəm. Təxminən dörd həftədir ki, komanda ilə məşq edirəm və özümü yaxşı hiss edirəm. Düşünmürəm ki, bu təlim-məşq toplanışında iki tam 90 dəqiqəlik oyunda oynaya biləcəm, amma bu, vacib deyil.

Dünya çempionatından sonra karyeramı bitirməyi düşünmürəm. Özümü yaxşı hiss etdiyim müddətcə oynamağa davam edəcəyəm".

 

Qeyd edək ki, Belçika dünya çempionatında Misir, İran və Yeni Zelandiya ilə eyni qrupda mübarizə aparacaq.