Fransa məhkəməsi "Nant"ın keçmiş hücumçusu Emiliano Salanın transferi ilə bağlı "Kardiff"in təzminat iddiasını rədd edib. Sport24.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Uels klubu itirilmiş mənfəət və digər itkiləri nəzərə alıb Fransa klubundan 120 milyon avrodan çox təzminat tələb edib. "Kardiff" rəhbərliyi elə hesab edir ki, Sala 2018/19 mövsümünün sonunda komandanın elitada yerini qoruyub saxlamasına kömək edə bilərdi.
Məhkəmə həmçinin "Kardiff"ə "Nant"a qarşı hüquqi xərclər və mənəvi ziyan üçün 400.000 funt sterlinq ödəməyə qərar verib.
Qeyd edək ki, Salanın ölümü onun "Nant"dan "Kardiff"ə transfer olunmasından sonra baş verib. Hücumçu Uels klubunun tarixində 17 milyon avro ilə ən bahalı transfer olub. Lakin o, yeni komandasında debüt edə bilməyib. Argentinalı hücumçu təyyarə qəzası nəticəsində dünyasını dəyişib