"Əl-Nəsr"in portuqaliyalı hücumçusu Joao Feliks 2025-ci ilin yayında gözlənilmədən "Çelsi"dən Səudiyyə Ərəbistanı nəhənginə transferinə aydınlıq gətirib. Sport24.az xəbər verir ki, portuqaliyalı futbolçu bu barədə "Marca"ya açıqlama verib:

 

"Çelsi"də xoşbəxt idim. London təmsilçisi top klubdur, amma mən doğru bildiyim addımı atmalı idim. Dünya çempionatına yollanmaq məsələsi də çox vacib idi. Dünya çempionatı hər dörd ildən bir keçirilir. Mən isə İngiltərə klubunda yetərincə oynamırdım".

 

Qeyd edək ki, 25 yaşlı futbolçu ötən yay 30 milyon avro nağd və 20 milyon bonus qarşılığında "Çelsi"dən "Əl-Nəsr"ə tranefer olunub. Joao bu mövsüm Səudiyyə Ərəbistanı klubunda 37 oyun keçirib, 21 qol vurub və 15 məhsuldar ötürmə edib.