Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, ümid yığmamız səfərdə Bolqarıstandan olan həmyaşıdları ilə qarşılaşacaq.
Qarşılaşma Plovdiv şəhərində, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, hazırda U-21-in aktivində 5 xal var və altı komandanın yer aldığı qrupda 5-ci pillədədir. Bolqarıstan isə 10 xalla 4-cüdür.