"Bavariya"nın qapısıçısı və kapitanı Manuel Noyer zədədən sonra komandanın məşqlərinə qoşulub. Sport24.az xəbər verir ki, bu barədə Münhün klubunun mətbuat xidməti məlumat yayıb.

 

Onunla yanaşı, müdafiəçi Rafael Gerreyro da zədəsini sağaldıb. 

 

40 yaşlı qapıçı martın 6-da Bundesliqanın 25-ci turu çərçivəsində keçirilən Mönhenqladbax "Borussiya"sı ilə matçda zədələnərək fasilədə əvəzlənmışdı. 

 

Qeyd edək ki, Noyer bu mövsüm bütün turnirlərdə 29 oyun keçirib və 10 görüşdə qapısını toxunulmaz saxlayıb.