"Zirə"nin futbolçuları Leroy-Jak Mikels və Anje Mutsinzinin çıxış etdiyi Ruanda millisi  "FİFA Series – 2026" beynəlxalq turnirinin qalibi olub. Sport24az xəbər verir ki, 45 min tamaşaçının izlədəyi matçda Ruanda Estoniya ilə qarşılaşıb. 

 

Hər iki futbolçu meydana start heyətdə çıxıb. Görüş Ruandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qrenada ilə oyunda (4:0) fərqlənən Leroy-Jak Mikels bu görüşdə də rəqibi məyus edib. O, həm də məhsuldar ötürmə ilə yadda qalıb. "Zirə"nin hücumçu turnirin ən yaxşı futbolçusu seçilib.

 

Qeyd edək ki, Leroy-Jakın digər iki qardaşı - "Sabah"ın forvardı Coy-Lens Mikels və "Karvan-Yevlax"ın hecumçusu Coy Slayd Mikels iştirak edib. Coy-Lens start heyətdə, Coy Slayd isə əvəzetmədən meydana çıxıb.