"Çox çətin oyun oldu". Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev deyib.
Cinah müdafiəçisi "FIFA Series – 2026" beynəlxalq turnirində Syerra Leone yığmasına penaltilər seriyasında qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb:
"Həyacanlı matç alındı. Bu qədər olacağını gözləmirdik. Rəqibin güclü komanda olduğunu bilirdik. Amma bu qədər gözləmirdik. Hər iki hissədə yaxşı mübarizə apardılar. Fiziki olaraq çox yaxşı formada idilər. Amma şükürlər olsun ki, qalib gəldik. Bütün komandanı təbrik edirəm".
Cəfərquliyev turnirin əhəniyyətindən söz açıb:
"Bu inamı gələcəkdəki matçlara da daşımalıyıq. Qələbə vacib idi və bizə inam verib. Komandada böyük motivasiya var. Uşaqlar çox həvəslidir. Bu motivasiya ilə qələbələri qazanmaq niyyətindəyik".
Oyunçunun sözlərinə görə, əsas məqsəd UEFA Millətlər Liqasında C Liqasına yüksəlməkdir:
"Özümüzə inanırıq. Öz yerimizə qayırmaq istəyirik".