Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti qarşıdan gələn DÇ-2026 ilə bağlı hisslərini bölüşüb. Əvvəllər heç vaxt yığma komandaya rəhbərlik etməyən italyan mütəxəssis bununla bağlı "Globa"ya açıqlama verib:
"Dünya çempionatı ərəfəsində heç bir həyacan keçirmirəm. Xoşbəxt, motivasiyalı, özünəinamlı və sakitəm. Düşünürəm ki, yaxşı komandamız var. Düşərgədə də hər şey əladı. Biz sakitik və işlərimiz istədiyimiz kimi".
Qeyd edək ki, dünya çempionatı bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək. Braziliya Mərakeş, Haiti və Şotlandiya ilə bərabər C qrupunda yer alıb.