"Benfika"nın müdafiəçisi Samuel Dal karyerasını "Mançester Yunayted"də davam etdirə bilər. Sport24.az "Metro"ya istinadən xəbər verir ki, İngiltərə klubu yay "transfer pəncərəsi" dövründə müdafiəsini gücləndirməyi planlaşdırır. "Mançester Yunayted"in skautları artıq uzun müddətdir ki, 23 yaşlı isveçlini izləyir.

 

"Benfika"nın baş məşqçisi Joze Mourinyo isveçli müdafiəçinin bacarıqlarını yüksək qiymətləndirir:

 

"O, fantastikdir və mən bura gəldiyimdən bəri böyük irəliləyiş əldə edib. O, hər oyunun hər dəqiqəsində oynayır. O, müdafiədə çox etibarlıdır və hücuma da daim dəstək verir. O, yüksək səviyyəli oyunçudur".

 

Qeyd edək ki, Dalın Lissabon klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır.