"Barselona" və İspaniya millisinin hücumçusu Lamin Yamal Misir millisi ilə yoldaşlıq oyununda (0:0) ispan azarkeşlərinin müsəlmanlara qarşı şüarlarını tənqid edib. Sport24.az xəbər verir ki, gənc ulduz futbolçu bu barədə sosial media hesabında paylaşım edib:

 

"Mən müsəlmanam. Barselonadakı stadionda "Kim tullanmazsa, o müsəlmandır" şüarı səsləndi. Başa düşürəm ki, bu, rəqibə yönəlmişdi və şəxsən mənə qarşı deyildi. Amma bir müsəlman olaraq bunu hörmətsizlik və qəbuledilməz hesab edirəm. Bütün azarkeşlərin belə olmadığını başa düşürəm. Bu cür şeylər deyənlər üçün stadionda dindən istehza kimi istifadə etmək özlərini cahil və irqçi göstərməkdir. İnsanları kim olduqlarına və inandıqlarına görə təhqir etmək düzgün deyil. Buna baxmayaraq, bizi dəstəkləməyə gələnlərə təşəkkür edirik. Dünya çempionatında görüşənədək".

 

Qeyd edək ki, İspaniya - Misir qarşılaşması Barselonadakı "Kornellà-El Prat"  stadionunda keçirilib. Görüşün təxminən 20-ci dəqiqədə bəzi azarkeşlər "Kim tullanmazsa, o müsəlmandır" şüarını səsləndirməyə başlayıblar.