İtaliya millisinin baş məşqçisi Gennaro Qattuzo 2026-cı il dünya çempionatının A mərhələsinin son pley-off matçında Bosniya və Herseqovinaya məğlub olduqdan (1-1, 1-4 penaltilər seriyası) sonra yığmadakı vəzifəsini itirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "X" sosial media platformasında paylaşım edib.
İtalyanlar tarixlərində ilk dəfə olaraq, ardıcıl üç dünya çempionatını buraxacaq. İtalyanlar Qeyd etmək lazımdır ki, "Azzurri" dördqat dünya çempionudur.
Qeyd edək ki, Qattuzo 2025-ci ildən etibarən İtaliya milli komandasını çalışdırır. O, əvvəllər "Hajduk", "Marsel", "Napoli" və "Milan"ın "sükanı arxasında" olub.