Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. Sport24.az xəbər verir ki, sərəncamla Paris olimpiadasında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyənləşdirilib.

 

Birinci yeri tutan hər bir idmançıya 400 000 manat, onun məşqçisinə 200 000 manat;

ikinci yeri tutan hər bir idmançıya 200 000 manat, onun məşqçisinə 100 000 manat;

üçüncü yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 manat.

 

Həmçinin Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif ediliblər:

"Şöhrət" ordeni ilə

Heydərov Hidayət Minayət oğlu

Kotsoiev Zelim Oleqoviç

Məmmədov Elxan Əbülfəz oğlu

Trautmann Riçard

1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Həsənov Tərlan Əliheydər oğlu

2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Alfonso Dominguez Loren Berto Berto

Maqomedov Qaşim Maqomed oğlu

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Cəfərov Həsrət Valeh oğlu

Qiorqi Meşvildişvili Kaxa oğlu

Maqomedov Maqomedxan Maqomedoviç

3-cü dərəcəli "Əmək" ordeni ilə

Abdullayev Məmməd Kamil oğlu

Əliyev Həsən Həsən oğlu

Qazyumov Xetaq Ruslanoviç

Məmmədov Anar Vahid oğlu

Paşayev Niyaməddin Vaqif oğlu

Roque Otano Pedro

Tarakanov Aleksandr Petroviç

"Tərəqqi" medalı ilə

Qokşelidze Georgi

Əliyev Əli İman-Murzayeviç.