Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə 10-12 aprel 2026-cı il tarixlərində Bakı şəhərində keçirilən "Grand Prix" beynəlxalq karate turnirinin rəsmi açılış mərasimi baş tutub. Sport24.az xəbər verir ki, açılış mərasimi Bakı şəhərində yerləşən Sərhədçi İdman Mərkəzində keçirilib.

 

Bədii hissənin ardından final qarşılaşmalarına start verilib və qaliblərin mükafatlandırılması mərhələli şəkildə həyata keçirilib.

 

Tədbirdə 6 ölkəni təmsil edən ümumilikdə 700-ə yaxın idmançı iştirak edir.


"Grand Prix" beynəlxalq karate turniri müxtəlif yaş və çəki dərəcələri üzrə qarşılaşmalarla davam edir.