Bu gün "Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, təmsilçimiz 5-8-ci yerlər uğrunda görüşə çıxacaq.

 

"Bayquşlar"ın rəqibi Serbiya təmsilçisi "Borats" olacaq. Matç Bosniya və Herseqovinada, Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

 

Qeyd edək ki, B qrupunda yer alan "Sabah"ın U-18 komandası ötən gün Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivini məğlub edib -72:61. "Bayquşlar" ilk oyunda Bosniya və Herseqovina təmsilçisi "İqokea"ya 58:88 hesabı ilə uduzub.