İspaniyanın "Barselona" klubunun polşalı hücumçusu Robert Levandovski karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, təcrübəli forvard öz xidmətini "Milan"a təklif edib.
Mənbənin sözlərinə görə, 37 yaşlı polşalı hücumçu karyerasında yeni çağırış axtarır və "Milan"ın layihəsinə maraq göstərir. Bildirilir ki, futbolçunun menecerləri onu İtaliya nəhənginə təklif etmək üçün artıq danışıqlara başlayıb.
Qeyd edək ki, Levandovski bu mövsüm "Barselona"nın heyətində 37 rəsmi matçda 17 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.